ABŞ-da ötən ay yeni mənzillərin satışı azalıb | Banco.az

ABŞ-da ötən ay yeni mənzillərin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ötən ay yeni mənzillərin satışı azalıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi oktyabr ayı üzrə yeni mənzillərin satış statistikasını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə mövsüm təsirlərindən kənarlaşdırılmış əsasda yeni mənzillərin satışı oktyabr ayı ərzində əvvəlki ayla müqayisədə 5,6 faiz azalaraq 679 min ədədə düşüb.

Bazar proqnozu bu dövrdə satışların 721 min ədəd olacağını göstərirdi.

Xatırladaq ki, yeni mənzillərin satışı sentyabr ayında 8,6 faiz artaraq 719 minə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ-da ötən ay satışa çıxarılan yeni mənzillərin orta satış qiyməti keçən ilə görə təxminən 17,6 faiz ucuzlaşaraq 409 min 300 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et