ABŞ-da ötən ay 85 milyard dollar büdcə kəsiri qeydə alınıb | Banco.az

ABŞ-da ötən ay 85 milyard dollar büdcə kəsiri qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ federal hökumətinin büdcə kəsiri dekabrda əvvəlki ilin eyni ayına görə təxminən dörd dəfə artıb.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi dekabr ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Buna görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə başa çatacaq 2023-cü maliyyə ilinin dekabr ayında federal hökumətin büdcə kəsiri 85 milyard dollar olaraq hesablanıb.

Federal hökumət keçən ilin eyni ayında isə 21,3 milyard dollarlıq büdcə kəsiri ilə üzləşmişdi. Bununla da, büdcə kəsiri dekabr ayında əvvəlki ilin eyni ayına nisbətən təxminən 4 faiz artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən dövrdə büdcə balansı ilə bağlı bazar gözləntisi büdcənin 70 milyard dollarlıq kəsir verəcəyi istiqamətində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et