ABŞ-da onlayn alış-verişdə "Qara Cümə" rekordu qeydə alınıb | Banco.az

ABŞ-da onlayn alış-verişdə "Qara Cümə" rekordu qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da yüksək inflyasiyaya baxmayaraq, ilin ən böyük alış-veriş hadisəsi olan “Qara Cümə”də onlayn alış-veriş rekordu qırılıb.

Banco.az xəbər verir ki, ilkin hesablamalara görə, Amerikada əhali cümə günü onlayn olaraq 9 milyard dollardan 9,2 milyard dollara qədər pul xərcləyiblər.

“Adobe Analytics” proqramlaşdırma şirkətinin baş analitiki Vivek Pandya məsələyə belə münasibət bildirib:

"Ölkədə hökm sürən yüksək inflyasiya səviyyəsinə baxmayaraq, e-ticarət tələbi güclü olaraq qalır və istehlakçılar evdən alış-veriş etməyin rahatlığına vərdiş etdikləri üçün "Qara Cümə" ilk dəfə onlayn satışlarda 9 milyard dolları ötməyə hazırlaşır.”

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, onlayn satışların əksinə olaraq ABŞ-da ənənəvi alış-veriş sektorunda gözlənilən mənzərə qeydə alınmamış, aparıcı mağazalarda ötən illərdə rast gəldiyimiz izdiham müşahidə olunnamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et