ABŞ-da neft ehtiyatları həftə ərzində 4,63 milyon barel artıb | Banco.az

ABŞ-da neft ehtiyatları həftə ərzində 4,63 milyon barel artıb

Müəllif - Eldar Kərimov - Banco.az

 ABŞ-ın ticarət neft ehtiyatları ötən həftə 4,63 milyon barel artaraq 432,49 milyon barelə çatıb. Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında bildirilir.

Eyni zamanda, benzin ehtiyatları 151 min barel azalaraq 247,9 milyon barel təşkil edib.

Distillat ehtiyatları isə 2,05 milyon barel azalaraq 116,56 milyon barelə düşüb.

Ekspertlər neft ehtiyatlarının 3 milyon barel artacağını, benzin ehtiyatlarının 1 milyon barel, distillat ehtiyatlarının isə 1,5 milyon barel azalacağını proqnozlaşdırırdılar.