ABŞ-da neft ehtiyatları bir həftədə 1,45 milyon barel artıb | Banco.az

ABŞ-da neft ehtiyatları bir həftədə 1,45 milyon barel artıb

Müəllif - Eldar Kərimov - Banco.az

ABŞ-da keçən həftə kommersiya neft ehtiyatları 1,45 milyon barel artaraq 435,22 milyon barelə çatıb. Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında bildirilib.  

Benzin ehtiyatları 5,74 milyon barel azalaraq 241,1 milyon barel təşkil edib.  

Distillatların kommersiya ehtiyatları isə 1,56 milyon barel azalaraq 117,6 milyon barelə enib.  

Ekspertlər neft ehtiyatlarının 2 milyon barel artacağını, benzin ehtiyatlarının 1,61 milyon barel azalacağını və distillat ehtiyatlarının eyni səviyyədə qalacağını gözləyirdilər.