ABŞ-da neft buruqlarının sayı azalıb | Banco.az

ABŞ-da neft buruqlarının sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da neft qazma qurğularının sayı azalıb.

Banco.az xəbər verir ki, ABŞ-da neft qazma qurğularının sayı bu həftə 4 ədəd azalıb.

Neft sahəsi xidmətləri şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumata görə, 23–30 may tarixləri arasında ölkədəki neft qazma qurğularının sayı əvvəlki həftəyə nisbətən 4 ədəd azalaraq 461-ə düşüb.

Son bir ildə isə ABŞ-da ümumilikdə 35 qazma qurğusu fəaliyyətini dayandırıb.

Brent markalı neftin bir barelinin qiyməti cümə axşamını 63,26 dollar səviyyəsində bağladığı halda, cümə günü 62,60 dollara enib.

Qərbi Texas (WTI) növü xam neftin bir bareli isə cümə gününü 60,28 dollar səviyyəsində tamamlayıb. WTI tipi neftin qiyməti cümə axşamı 60,57 dollar idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram