ABŞ-da minlərlə "Porsche", "Bentley", "Audi" avtomobilləri müsadirə edildi | Banco.az

ABŞ-da minlərlə "Porsche", "Bentley", "Audi" avtomobilləri müsadirə edildi

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ-da minlərlə "Porsche", "Bentley", "Audi" avtomobilləri müsadirə edilib.

Banco.az xəbər verir ki, bu barədə  Financial Times məlumat yayıb.

Belə ki, minlərlə "Porsche", "Audi" və "Bentley" avtomobilləri ABŞ limanlarında Çin istehsalı olan və ABŞ-ın məcburi əmək əleyhinə qanunlarını poza biləcək hissələrin olduğu aşkar edildiyi üçün bloklanıb.

Nəşrin məlumatına görə, adıçəkilən markaların sahibi olan Almaniyanın “Volkswagen” konserni bu avtomobillərin çatdırılmasını martın sonuna qədər təxirə salıb.

Qeyd olunur ki, "Volkswagen" Çin hissəsini dolayı təchizatçıdan alıb. Konsernin əsas tədarükçüsü problem barədə məlumat verdikdən sonra "Volkswagen" özü ABŞ hakimiyyətinə məlumat verib. Lakin "Volkswagen" bununla bağlı açıqlama verməkdən imtina edib.

ABŞ-da 2021-ci ildən başlayaraq Çinin bir sıra digər bölgələrində istehsal olunan məhsulların idxalına qadağa qoyulub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram