ABŞ-da məşğulluq nisbəti proqnozları üstələyib | Banco.az

ABŞ-da məşğulluq nisbəti proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə məşğulluğun artması diqqəti məşğulluq bazarının güclü vəziyyətinə yönəldib.

Banco.az xəbər verir ki, ABŞ-da pul siyasəti yolu üçün kritik əhəmiyyət kəsb edən qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq məlumatlarının sentyabr ayı qrafiki açıqlanıb.

Məlumatlara görə, ölkədə sentyabr ayında kənd təsərrüfatından kənar sahələrdə məşğulluq artımı 254 min hesablanıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar artımın 150 min olacağını gözləyirdilər.

Məlumatlar işsizliyin məhdud da olsa azaldığını göstərib. Müvafiq olaraq, ABŞ-da işsizlik sentyabr ayında 4,1 faiz qeydə alınıb.

İnflyasiya göstəriciləri baxımından izlənilən saatlıq qazanclarda da proqnozları üstələyən məlumatlar diqqət çəkib. Belə ki, orta saatlıq qazanc sentyabr ayında əvvəlki aya görə 0,4 faiz artıb. Bu məlumat üçün proqnoz 0,3 faiz olaraq təyin olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et