Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da borclanma xərclərinin artması ilə mənzil qiymətləri ucuzlaşmağa davam edib.
Banco.az xəbər verir ki, 20 şəhəri əhatə edən “S&P Case-Shiller” mənzil qiymətləri indeksi yüksək faiz dərəcələrinin təsiri ilə proqnozlara uyğun olaraq sentyabr ayında aylıq 1,2 faiz azalıb. Avqustda isə 1,3 faiz ucuzlaşma qeydə alınmışdı.
Bununla da, mənzillərin ucuzlaşması üçüncü ayına keçib.
Sözügedən dövrdə ölkə üzrə mənzil qiymətləri isə 10,6 faiz artıb. Əvvəlki ay bu artım 12,9 faiz olmuşdu.
Qeyd edək ki, FED-in ölkədəki rekord inflyasiyanı cilovlamaq üçün tətbiq etdiyi faiz artımları mənzil bazarına mənfi təsir göstərib. Mənzil krediti faizlərinin iki dəfədən çox artması potensial alıcıları sektordan uzaqlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!