ABŞ-da mənzillərin qiyməti ucuzlaşmaqda davam edir | Banco.az

ABŞ-da mənzillərin qiyməti ucuzlaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mənzil qiymətləri 4-cü ayda da ucuzlaşıb.

Banco.az xəbər verir ki, ABŞ-da mənzillərin qiyməti yüksək kredit faizləri və iqtisadiyyatla bağlı narahatlıqlar səbəbindən oktyabr ayında da ucuzlaşmağa davam edib.

S&P CoreLogic Case-Shiller oktyabr ayı üzrə milli ev qiymətləri indeksi məlumatlarını açıqlayıb.

Buna görə, 20 şəhəri əhatə edən mənzil qiymətləri indeksi mövsüm təsirlərindən kənarlaşdırılmış formada oktyabr ayı üzrə aylıq 0,5 faiz azalma göstərib. Bazarın proqnozu isə bu dövrdə indeksin aylıq 1,1 faiz azalması istiqamətində idi. İndeks keçən ay da 1,3 faiz azalmışdı. Beləliklə, azalma dördüncü ayda da davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et