Müəllif - Aida İsaq, Banco.az
ABŞ-da memarlıq firmalarının faktura indeksləri bir aylıq fasilədən sonra yenidən yüksəlib.
Banco.az xəbər verir ki, indekslər əvvəlki ayla müqayisədə 2,5 bənd artaraq 51 bal səviyyəsinə çatıb. Hansı ki, əgər indeks 50 baldan yuxarıdırsa, bu, şirkətlərin hesab-fakturasında artımdan xəbər verir. Məlumata görə, memarlıq firmalarında aprel ayındaki mülayim enişdən sonra may ayında canlanma müşahidə olunub. Həmçinin, yeni layihələrin və dizayn müqavilələrinin dəyəri güclənib. Qeyd olunur ki, iqtisadiyyat inflyasiyanın son enişləri və faiz artımındakı fasilə ilə sabitləşir.
Bildirilir ki, yeni dizayn müqavilələri indeksi may ayında 50,4 bənddən 52,3 punkta yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!