ABŞ-da məişət borcu 16,9 trilyon dollara çatıb | Banco.az

ABŞ-da məişət borcu 16,9 trilyon dollara çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ev təsərrüfatlarının məişət borcu ötən ilin sonuncu rübündə artım göstərib.

Banco.az xəbər verir ki, 2022-ci ilin son rübündə ABŞ-da məişət borcu əvvəlki rüblə müqayisədə 2,4 faiz artaraq 16,9 trilyon dollara yüksəlib. 

FED-in Nyu-York şöbəsi tərəfindən hazırlanan keçən ilin dördüncü rübü üzrə “Məişət Borcu və Kredit Hesabatı” dərc edilib.

Hesabata görə, amerikalıların borcu 2022-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə 2,4 faiz artaraq 16,9 trilyon dollara çatıb.

Sözügedən borc keçən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 394 milyard dollar artarkən, illik müqayisədə 1,3 trilyon dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mənzil kreditlərindən qaynaqlanan borclar ümumi borc yükünün əsas hissəsini təşkil edir və bu borclar 2022-ci ildə əvvəlki ilə görə 993 milyard dollar artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et