ABŞ-da maliyyə sabitliyi riskləri ilə bağlı yeni qaydalar qəbul edilib | Banco.az

ABŞ-da maliyyə sabitliyi riskləri ilə bağlı yeni qaydalar qəbul edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da maliyyə sabitliyi risklərinə dair yeni qaydalar tətbiq edilib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Sabitliyinə Nəzarət Şurasının (FSOC) iclasında sabitlik risklərini daha yaxşı müəyyən etmək və onlara cavab vermək məqsədi ilə yeni normativ hüquqi baza və bank olmayan maliyyə institutlarının müəyyənləşdirilməsini asanlaşdıracaq təlimat qəbul edilib.

İclasın ABŞ-ın maliyyə naziri Cenet Yellenin sədrliyi ilə keçirilib.

İclasda ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Gensler, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qruenberq də iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Yellen buradakı çıxışında FSOC-un daha çox ictimai şəffaflığa və analitik dəqiqliyə nail olunmasının vacibliyinə diqqət çəkib və sözügedən sənədlərin buna kömək edəcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et