ABŞ-da kreditə tələbat zəifləyib | Banco.az

ABŞ-da kreditə tələbat zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) bu ilin birinci rübündə ölkədə kredit standartlarının sərtləşdiyini və kredit tələbinin zəiflədiyini bəyan edib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) bankların kreditləşdirmə təcrübələri ilə bağlı "Böyük Kredit Mütəxəssisi Rəy Sorğusu" hesabatını dərc edib.

ABŞ-da 66 yerli və 20 xarici bank filialından alınan cavablarla hazırlanan hesabatda qeyd olunub ki, sorğuda iştirak edən banklar bu ilin birinci rübündə sahibkarlıq subyektlərinə verilən kommersiya və sənaye kreditləri və kommersiya daşınmaz əmlak kreditləri ilə bağlı standartların daha sərt, tələbin isə zəiflədiyini bildiriblər.

Hesabatda bankların kredit siyasətlərindəki dəyişikliklər və kommersiya daşınmaz əmlak kreditlərinə tələbatla bağlı bir sıra konkret suallara da cavab verildiyi vurğulanıb.

Qeyd olunub ki, banklar bütün kommersiya daşınmaz əmlak kreditləri kateqoriyaları üzrə kreditləşmə siyasətlərini sərtləşdiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Ev təsərrüfatları kreditlərinə gəlincə, hesabatda deyilir ki, bankların daşınmaz əmlak kreditlərinin bəzi kateqoriyalarında kredit standartlarının sərtləşdirilsə də, bəzilərində heç bir dəyişiklik olmayıb. Kredit kartı, avtomobil və digər istehlak kreditlərində də standartların sərtləşdiyi, tələbatın zəiflədiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et