Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatından kənar əmək məhsuldarlığı gözləniləndən daha çox artıb.
Banco.az xəbər verir ki, ABŞ-da kənd təsərrüfatından kənar işçi qüvvəsinin məhsuldarlığı 2025-ci ilin üçüncü rübündə 4,9 faiz artaraq bazar gözləntiləri ilə uyğun performans nümayiş etdirib.
ABŞ Əmək Nazirliyi 2025-ci ilin iyul–sentyabr dövrünə dair kənd təsərrüfatı xaric işçi qüvvəsinin məhsuldarlığı və vahid əmək xərcləri ilə bağlı ilkin məlumatları açıqlayıb.
Məlumatlara əsasən, ölkədə kənd təsərrüfatı xaric işçi qüvvəsinin məhsuldarlığı sözügedən dövrdə əvvəlki rüblə müqayisədə 4,9 faiz artıb. Bazar gözləntiləri isə işçi qüvvəsinin məhsuldarlığının 2,9 faiz artacağı istiqamətində idi.
2025-ci ilin ikinci rübü üçün kənd təsərrüfatı xaric işçi qüvvəsinin məhsuldarlığı üzrə açıqlanan 3,3 faizlik artım göstəricisi isə yuxarı istiqamətdə yenilənərək 4,1 faiz səviyyəsinə qaldırılıb.
İstehsal ötən ilin üçüncü rübündə 5,4 faiz artdığı halda, ümumi işlənmiş saatların həcmi 0,5 faiz yüksəlib. Kənd təsərrüfatı xaric işçi qüvvəsinin məhsuldarlığı isə eyni dövrdə illik əsasda 1,9 faiz artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!
