ABŞ-da istifadə olunmuş mənzillərin satışı azalıb | Banco.az

ABŞ-da istifadə olunmuş mənzillərin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında ABŞ-da ikinci əl (daha əvvəl istismara verilmiş) mənzillərin satışı azalıb.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) aprel ayı üzrə ikinci əl mənzillərin satış məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə ötən ay ikinci əl mənzillərin satışı mövsümi təsirlərdən kənarlaşdırılmış əsasda 1,9 faiz azalaraq 4,14 milyona düşüb.

Proqnozlar 4,21 milyona işarə edirdi.

Bu dövrdə üç ayın ən aşağı səviyyəsinə enən ikinci əl mənzillərin satış səviyyəsi mart ayında da 4,3 faiz azalaraq 4,19 milyon təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkədə ikinci əl mənzillərin satışı aprel ayında ötən ilin eyni ayına görə isə 1,9 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et