ABŞ-da istehsalçı inflyasiyası ötən ay gözləniləndən çox olub | Banco.az

ABŞ-da istehsalçı inflyasiyası ötən ay gözləniləndən çox olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsalçı inflyasiyası avqustda proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ötən ay ölkədə istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,7 faiz artıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar artımın 0,4 faiz olacağını gözləyirdilər.

Avqustda istehsalçı qiymətlərində illik artım isə 1,6 faiz olub. Proqnozlar 1,3 faiz olaraq qeyd edilmişdi. 

Xatırladaq ki, iyulda illik istehsalçı inflyasiyası 0,8 faiz olub.

Ərzaq və enerji xaric edilməklə istehsalçı qiymətləri isə proqnozlara uyğun olaraq aylıq 0,2 faiz, illik də 2,2 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram