ABŞ-da istehsal sektoru üzrə daralma davam edir | Banco.az

ABŞ-da istehsal sektoru üzrə daralma davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsal sektorunun daralması davam etməkdədir.

Banco.az xəbər verir ki, “S&P Global” yanvar ayı üzrə ABŞ-ın aparıcı istehsal, xidmət və kompozit PMI məlumatlarını açıqlayıb.

Buna görə, istehsal sənayesi üzrə Satınalma Menecerləri İndeksi (PMI) yanvar ayında əvvəlki aya görə 0,6 ballıq artımla 46,8-ə yüksəlib. Bazar proqnozlarının əksinə artım göstərən indeksin bu dövrdə 46 dəyərini alacağı gözlənilirdi. Daralmanın davam etdiyini göstərən indeks dekabr ayında isə 46,2 qeydə alınmışdı.

Xatırladaq ki, 50 və yuxarı nəticə göstərən PMI dəyəri sektorda artımı, 50-dən aşağı isə daralmanı göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et