ABŞ-da istehsal sektoru ötən ay da daralma göstərib | Banco.az

ABŞ-da istehsal sektoru ötən ay da daralma göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsal sektoru ardıcıl 13 ay daralma göstərib.

Banco.az xəbər verir ki, Təchizat İdarəetmə İnstitutu (ISM) noyabr ayı üzrə istehsal sənayesi PMI məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ISM istehsal sənayesi PMI məlumatları əvvəlki aya görə dəyişməyərək 46,7 punktda qalıb. Bu da sektorda daralmanın 13-cü ayında da davam etdiyini göstərir.

Bazar proqnozları sözügedən indeksin 47.6 punkt dəyər alacağı istiqamətində idi. 

Noyabrda istehsal indeksi aylıq 1,9 faiz bəndi azalaraq 48,5 punkta düşərkən, yeni sifarişlər indeksi 2,8 bənd artaraq 48,3 punkta yüksəlib. Eyni dövrdə məşğulluq indeksi isə 1 bənd azalaraq 45,8 punkta düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, noyabr ayında emal sənayesinin 3 alt sektorunda artım qeydə alınarkən, 14 sektorda daralma müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et