Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın istehsal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) fevral ayında 47,8-ə yüksəlib.
Banco.az xəbər verir ki, “S&P Global” ABŞ-ın fevral ayı üzrə aparıcı istehsal, xidmət və kompozit PMI məlumatlarını açıqlayıb.
Buna görə, ölkədə istehsal sənayesi PMI fevral ayında əvvəlki aya görə 0,9 bal artaraq 47,8 olub.
Bazar gözləntilərini üstələyən indeksin bu dövrdə 47,1 dəyərini alacağı proqnozlaşdırılmışdı. Sektorda daralmanın davam etdiyinə işarə edən indeks yanvar ayında isə 46,9 idi.
Xatırladaq ki, 50 və yuxarı PMI dəyəri sektorda artımı, 50-dən aşağı isə daralmanı göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!