ABŞ-da istehsal fəaliyyəti pisləşməyə davam edir | Banco.az

ABŞ-da istehsal fəaliyyəti pisləşməyə davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın istehsal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) iyun ayında 6 ayın ən aşağı səviyyəsinə enib.

Banco.az xəbər verir ki, “S&P Global” iyun ayı üzrə ABŞ-ın aparıcı istehsal, xidmət və kompozit PMI məlumatlarını dərc edib.

Buna görə, istehsal sənayesi PMI iyun ayında əvvəlki ayla müqayisədə 2,1 bənd azalaraq 46,3 punkta geriləyib. Bazar proqnozları indeksin bu dövrdə 48,5 dəyərini alması istiqamətində idi.

ABŞ-da xidmət sektoru PMI isə iyun ayında əvvəlki aya nəzərən 0,8 bənd azalaraq 54,1 punkta düşüb.

İstehsal və xidmət sektorlarını əhatə edən kompozit PMI də iyun ayında aylıq 1,3 bənd azalaraq 53 punkta geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et