ABŞ-da istehlakçıların inflyasiya gözləntiləri artıb | Banco.az

ABŞ-da istehlakçıların inflyasiya gözləntiləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Mərkəzi Bankının (Fed) Nyu-York şöbəsi 2025-ci ilin dekabr dövrünə aid İstehlakçı Proqnozları Sorğusunun nəticələrini yayımlayıb.

Banco.az xəbər verir ki, təxminən 1300 ev təsərrüfatının iştirakı ilə keçirilən sorğuya əsasən, qarşıdakı 12 ayı əhatə edən qısamüddətli median inflyasiya gözləntisi əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi artaraq 3,4 faizə yüksəlib.

İstehlakçıların orta və uzunmüddətli inflyasiya gözləntiləri isə dəyişməyərək 3 faiz səviyyəsində qalıb. Eyni dövrdə iş tapma ilə bağlı gözləntilər məlumat dəsti üzrə ən aşağı səviyyəyə enib, işini itirmə ehtimalı ilə bağlı gözləntilərdə isə pisləşmə müşahidə olunub.

Xərclər və ev təsərrüfatlarının gəlirlərinin artımına dair gözləntilər əsasən sabit qalsa da, ödənişlərin gecikdirilməsi ilə bağlı gözləntilər pandemiyanın başlanğıcından bu yana ən yüksək səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram