ABŞ-da istehlakçı inamı proqnozları doğrultmayıb | Banco.az

ABŞ-da istehlakçı inamı proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı gözləntiləri doğrultmayıb.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların meyilləri əsasında hazırladığı istehlakçı inamı indeksinin mart ayına dair yekun göstəricilərini açıqlayıb.

Məlumatlara görə, indeks mart ayında 3,3 bənd azalaraq 53,3 səviyyəsinə düşüb və ilin ən aşağı həddini qeydə alıb. Sözügedən mart göstəricisi aşağı istiqamətdə yenidən nəzərdən keçirilib; belə ki, ilkin göstərici 55,5 olaraq elan edilmişdi.

“Bloomberg” sorğusunda iştirak edən analitiklərin orta proqnozu isə indeksin 56,9 səviyyəsinə enəcəyi istiqamətində idi. İstehlakçı etimadı indeksi fevral ayında 56,6 səviyyəsində olmuşdu.

Amerikalıların mövcud maliyyə şəraitinə dair qiymətləndirmələrini ölçən cari iqtisadi şərait indeksi mart ayında 0,8 bənd azalaraq 55,8 səviyyəsinə düşüb.

İstehlakçıların uzunmüddətli gözləntilərini əks etdirən istehlakçı gözləntiləri indeksi isə eyni dövrdə 4,9 bənd geriləyərək 51,7 səviyyəsinə enib.

İstehlakçıların qısamüddətli inflyasiya gözləntiləri mart ayında 2025-ci ilin aprel ayından bəri ən yüksək aylıq artımı göstərərək 3,4 faizdən 3,8 faizə yüksəlib. Uzunmüddətli inflyasiya gözləntiləri isə mart ayında 3,3 faizdən 3,2 faizə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram