ABŞ-da istehlakçı inamı azalıb | Banco.az

ABŞ-da istehlakçı inamı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı may ayında aşağı düşüb.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların tendensiyalarına uyğun hazırlanmış may ayı üzrə İstehlakçı İnam (CCI) İndeksinin aparıcı məlumatlarını açıqlayıb.

Buna görə, indeks may ayında əvvəlki aya nəzərən 5,8 bənd azalaraq 57,7 punkt hesablanıb.

Aprel ayında 63,5 punkt olaraq qeydə alınan İstehlakçı İnam İndeksinin bu ay isə 63 dəyərini alacağı gözlənilirdi.

Amerikalıların cari maliyyə şərtləri ilə bağlı qiymətləndirməsini ölçən Cari İqtisadi Şərtlər indeksi də may ayında aylıq 3,7 bənd azalaraq 64,5 punkta düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı narahatlıqlar səbəbindən istehlakçı inamının azaldığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et