ABŞ-da istehlakçı inamı 2 ilin ən yüksək həddinə çatıb | Banco.az

ABŞ-da istehlakçı inamı 2 ilin ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı inflyasiyanın sürət itirməsi ilə bu ay iki ilin ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-da Konfrans Şurası İstehlakçı İnam indeksi məşğulluq bazarının gücünü saxlaması və inflyasiyanın sürət itirməsi səbəbindən iyul ayında 117 punkta yüksəlib. 

Proqnozlar isə 112 punkt istiqamətində idi.

Bu dövrdə cari şərtlər indeksi iyun ayının 155.3 punktluq göstəricisindən 160 punkta yüksəlib ki, bu da 2020-ci ilin martından bəri müşahidə olunan ən yüksək səviyyəyədir. 

Proqnozlar indeksi isə 80 punktdan 88,3 punkta çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Konfrans Şurasının baş iqtisadçısı Dana Peterson bütün yaş və gəlir qruplarında inamın artdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et