ABŞ-da istehlak kreditləri proqnozları doğrultmayıb | Banco.az

ABŞ-da istehlak kreditləri proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlak kreditlərinin həcmi ötən ilin dekabr ayında gözləntilərə uyğun gəlməyib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) 2022-ci ilin dekabr ayı üzrə istehlak kreditləri məlumatlarını açıqlayıb.

Buna görə, ölkədə istehlak kreditlərinin həcmi dekabr ayında əvvəlki aya nəzərən 11,6 milyard dollar artaraq 4,8 trilyon dollara çatıb.

İstehlak kreditləri üçün bazar gözləntiləri isə 25 milyard dollar artım istiqamətində idi.

Qeyd edək ki, sözügedən dövrdə kredit kartları və oxşar transfer kreditləri aylıq 7,2 milyard dollar, ev, avtomobil və tələbə kreditləri kimi köçürməsiz kreditlər isə 4,3 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et