Müəllif: Tamara Mustafayeva, Banco.az
Fevral ayında ABŞ-da istehlak kreditləri artım proqnozlarının əksinə olaraq 800 milyon dollar azalıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) fevral ayına dair istehlak kreditləri ilə bağlı göstəriciləri açıqlayıb.
Buna görə, istehlak kreditləri fevral ayında əvvəlki ayla müqayisədə 800 milyon dollar azalaraq 4 trilyon 997 milyard dollar həcmə enib.
İstehlak kreditləri ilə bağlı bazar proqnozu isə 15,2 milyard dollar artım istiqamətində idi.
Hesabat dövründə kredit kartı və oxşar dövriyyəli kreditlər aylıq əsasda 100 milyon dollar artarkən, ev, avtomobil və tələbə kreditləri kimi dövriyyəsiz kreditlər 900 milyon dollar azalıb.
Fevral ayında istehlak kreditləri illik əsasda da 0,2 faiz azalıb.
Eyni dövrdə dövriyyəli kreditlər illik 0,1 faiz artıb, dövriyyəsiz kreditlər isə 0,3 faiz geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!