Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı azalıb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.
Buna görə, ölkədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı aprelin 1-i ilə başa çatan həftədə 18 min nəfər azalaraq 228 min nəfərə düşüb. Proqnozlar 200 min müraciətin ediləcəyi istiqamətində idi.
Artıq bir həftə və ya daha çox müddətə işsizlik müavinəti almış insanların da daxil olduğu davam edən müraciətlər isə 25 martda sona çatan həftədə 6 min artaraq 1 milyon 823 minə yüksəlib. Gözlənti 1 milyon 700 min idi.
Digər tərəfdən, ABŞ Əmək Nazirliyinin aprelin 4-də açıqladığı “JOLTS Jobs Number” məlumatlarına görə, ölkədəki vakant iş yerlərinin sayı 2021-ci ildən bəri ilk dəfə olaraq 10 milyondan aşağı düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!