ABŞ-da işsizlik müraciətləri indiyə qədərki ən aşağı səviyyədədir | Banco.az

ABŞ-da işsizlik müraciətləri indiyə qədərki ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər tarixin ən aşağı səviyyəsindədir.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üzrə müraciətlərin həftəlik statistikasını dərc edib.

Buna görə, ölkədə işsizlik müavinəti üçün müraciətlər 24 dekabrda başa çatan həftədə 9 min artaraq 225 minə yüksəlib ki, eskpertlərin gözləntisi də məhz belə idi. Ötən həftə isə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 216 min nəfər olaraq qeydə alınmışdı.

Qeyd edək ki, ötən həftəki sözügedən artıma baxmayaraq, hələ də göstəricilər tarixi minimuma yaxındır. Bu məlumatlar isə Federal Ehtiyat Sisteminin (FED)  tələbi soyutmaq üçün aqressiv səylərinə baxmayaraq, əmək bazarının davamlı müqavimətinə işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et