ABŞ-da işsizlik müraciətləri gözlənilmədən azalıb | Banco.az

ABŞ-da işsizlik müraciətləri gözlənilmədən azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikada işsizlik müraciətləri proqnozlardan fərqli olaraq azalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.

Buna görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 26 noyabrla başa çatan həftədə əvvəlki həftəyə görə 16 min azalaraq 225 minə enib.

Bazar proqnozlarına görə müraciətlərin bu dövrdə 235 min səviyyəsində reallaşacağı gözlənilirdi.

Analitiklər qeyd ediblər ki, yüksək faiz dərəcələri səbəbindən əmək tələbinin soyumasına baxmayaraq, işsizlik müavinətlərinin gözlənilmədən azalması əmək bazarının güclü qalmaqda davam etdiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et