ABŞ-da işsizlik müraciətləri gözləniləndən az olub | Banco.az

ABŞ-da işsizlik müraciətləri gözləniləndən az olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 2 min artımla 235 minə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Bəlli olub ki, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 27 may tarixində başa çatan həftə ərzində proqnozlara çata bilməyib və 2 min artımla 232 minə yüksəlib. Nəticələr ABŞ-da işçi qüvvəsinə tələbin hələ də güclü olduğunu göstərir.

İqtisadçılar isə sözügedən müddətdə 235 min müraciət daxil olacağını gözləyirdilər.

Qeyd edək ki, daha əvvəl işsizlik müavinəti üçün müraciət etmiş və hazırda işsizlik müavinəti almağa davam edənlərin sayı isə cüzi dəyişiklik göstərərək 20 mayda başa çatan həftədə 6 min nəfər artaraq 1 milyon 795 min nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et