ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər azalıb | Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər azalıb

Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər gözlənilmədən beş ayın ən aşağı səviyyəsinə düşüb ki, bu da iqtisadiyyatın qeyri-müəyyənliyi şəraitində işçi qüvvəsinə güclü tələbat olduğunu göstərir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Əmək Nazirliyinin məlumatına görə, bugün dərc olunan ilkin müraciətlər 24 sentyabrda bitən həftədə 16 min azalmaqla 193 minə düşüb.

Bloomberg ekspertlərinin median proqnozu 215 min yeni müraciətin olacağını işarə edirdi.

Pandemiyadan əvvəlki onillikdə ilkin proqnozlar adətən orta hesabla 306 min olub və nadir hallarda 200 mindən aşağı düşüb.

İşəgötürənlər mövcud işçiləri saxlamağa çalışarkən, digər tərəfdən də milyonlarla vakant yer üzrə işçi qəbulu həyata keçirdikləri üçün işsizlik müavinətləri üzrə müraciətlər bu vaxta qədərki ən aşağı səviyyələrdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et