ABŞ-da işsizlik müavinətləri son 5 ildə ən böyük artımı qeydə alıb | Banco.az

ABŞ-da işsizlik müavinətləri son 5 ildə ən böyük artımı qeydə alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətlərinə dair həftəlik göstəriciləri açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 6 dekabrda bitən həftədə əvvəlki həftə ilə müqayisədə 44 min nəfər artaraq 236 minə yüksəlib.

Beləliklə, işsizlik müavinəti müraciətlərində ardıcıl dörd həftə davam edən azalma başa çatıb və göstərici sentyabr ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Proqnoz həmin dövrdə müraciət sayının 220 min olması idi. İşsizlik müavinəti müraciətlərinə dair əvvəlki həftənin göstəricisi isə 191 mindən 192 minə yenilənib.

Ötən həftə etibarilə, 4 həftəlik orta işsizlik müavinəti müraciətləri də 2 min artaraq 216 min 750 nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram