ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər gözləniləndən az olub | Banco.az

ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər gözləniləndən az olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üzrə müraciətlər gözləniləndən aşağı hesablanıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 14 oktyabrda başa çatan həftə ərzində əvvəlki həftəyə görə 13 min nəfər azalaraq 198 min olub. Bazar proqnozu müraciət sayının 212 min olacağı idi.

Davam edən müraciətlərin sayı isə 7 oktyabrda başa çatan həftədə 29 min nəfər artaraq 1 milyon 734 minə çatıb.

Analitiklərin fikrincə, işsizlik müavinətləri ilə bağlı məlumatlar əmək bazarının gərgin olaraq qaldığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et