ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı aşağı olaraq qalır | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı aşağı olaraq qalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı aşağı olaraq qalıb.

Banco.az xəbər verir ki, ABŞ-da həftəlik işsizlik müavinəti üçün müraciətlərin sayı ötən həftə artsa da, aşağı səviyyədə qalmağa davam edib.

Əmək Nazirliyinin açıqladığı məlumata görə, 2 may tarixində başa çatan həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 10 min nəfər artaraq 200 minə yüksəlib.

“Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğunun orta proqnozu isə 205 min idi.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı ötən həftə 1,77 milyona enərək son iki ilin ən aşağı səviyyəsinə düşüb.

“Meta Platforms Inc.” və “Nike Inc.” kimi tanınmış şirkətlərin işçi ixtisarları ilə bağlı açıqlamalarına baxmayaraq, ümumi ixtisar səviyyəsi aşağı olaraq qalıb. Bu isə əmək bazarında son illərdə üstünlük təşkil edən “aşağı işə qəbul, aşağı işdən çıxarma” vəziyyətinin davam etdiyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram