ABŞ-da işsizlik müavinəti üçün müraciətlər tarixi minimuma enib | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər tarixi minimuma enib

Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər keçən həftə artsa da, ümumi olaraq bu vaxta qədərki ən aşağı səviyyədədir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da işsizlik müavinəti üçün müraciətlər 6 həftə ərzində ilk dəfə artıb, lakin buna baxmayaraq, hazırda tarixən ən aşağı səviyyədədir və bu, məşğulluq bazarının sağlam görünüşünü qoruduğunu göstərir.

Əmək Nazirliyinin məlumatlarına görə, işsizlik müavinəti üçün müraciətlər sentyabrın 17-də bitən həftədə 5 min nəfər artaraq 213 minə çatıb.

"Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu isə 217 min nəfər təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

4 həftəlik ortalama müraciətlər isə 216 min 750-yə düşərkən, davam edən müraciətlər də 10 sentyabrda bitən həftədə 22 min azalaraq 1,38 milyona geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et