Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik statistik məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, buna əsasən, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 12 iyulda bitən həftə ərzində əvvəlki həftə ilə müqayisədə 7 min nəfər azalaraq 221 minə düşüb.
Artıcıl 5 həftədir azalan və son üç ayın ən aşağı səviyyəsinə enən işsizlik müavinəti müraciətlərinin sayına dair bazar gözləntisi isə bu dövrdə 233 min olması idi.
İşsizlik müavinəti müraciətlərinə dair əvvəlki həftənin göstəricisi 227 mindən 228 minə yenidən nəzərdən keçirilib.
Keçən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciəti sayı da 6 min 250 azalaraq 229 min 500-ə düşüb.
Daimi (davam edən) işsizlik müavinəti müraciətləri isə 5 iyulda bitən həftədə 2 min nəfər artaraq 1 milyon 956 min olub.
Bizi sosial şəbəkələrdən izləyin!!