ABŞ-da işlənmiş avtomobillərin qiyməti kəskin ucuzlaşıb | Banco.az

ABŞ-da işlənmiş avtomobillərin qiyməti kəskin ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işlənmiş avtomobillərin qiyməti pandemiyadan bəri ən sürətli ucuzlaşmaya imza atıb.

Banco.az xəbər verir ki, ABŞ-da işlənmiş avtomobillərin qiyməti iyun ayında may ayı ilə müqayisədə 4,2 faiz ucuzlaşıb ki, bu da pandemiyanın başlanmasından bəri ən böyük azalmadır.

İnflyasiyanın da mühüm göstəricisi sayılan işlənmiş avtomobillərin qiyməti əvvəlki ilə nisbətən isə 10,3 azalıb.

İyun ayında qeydə alınan bu azalma “Manheim” avtomobil ticarət platforması tərəfindən tərtib edilən işlənmiş avtomobillərin qiymət indeksi tarixindəki ən böyük enişlərdən biri olub. Belə ki, “Manheim”in İstifadə olunmuş Avtomobil Dəyər İndeksi 2020-ci ilin aprel ayında 11,4 faiz azalma ilə tarixi ucuzlaşma reallaşdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et