Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın biznes dünyasında işgüzar aktivlik ötən altı ayın minimumuna düşüb.
Banco.az xəbər verir ki, “S&P Global” tərəfindən açıqlanan məlumatlara görə, istehsal və xidmət sektorlarını əhatə edən kompozit PMI İndeksi avqust ayında 1,6 faiz bəndi azalaraq 50,4 punkta enib.
İqtisadçıların proqnozu indeksin 51,5 dəyərini alacağını deyirdi.
Məlumat üçün qeyd edək ki, indeksin 50-dən yuxarı dəyər alması sektorda artımı göstərir.
Odur ki, istehsal PMI isə bu kritik həddən aşağı qalmaqla 49 punktdan 47 punkta düşüb. Proqnozlar göstəricinin dəyişməyəcəyi istiqamətində idi. Xidmətlər PMI isə 52,3 punktdan 51 punkta düşüb ki, bu baxımdan gözlənti az dəyişikliklə 52.2 punkt olacağına dair idi.
Bizi sosial şəbəkələrdən izləyin!!