ABŞ-da işdən çıxarılma halları 14 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-da işdən çıxarılma halları 14 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işdən çıxarılma halları 2009-cu ildən bəri qeydə alınan pik həddə çatıb.

Banco.az xəbər verir ki, elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən “Challenger, Gray & Christmas” konsaltinq şirkəti fevral ayı hesabatını açıqlayıb.

Hesabata görə, ABŞ-da fəaliyyət göstərən işəgötürənlər tərəfindən yanvar ayında 102 min 943 nəfər işdən çıxarılmışdısa, fevral ayında bu göstərici aylıq 24 faiz azalaraq 77 min 770 nəfər olub.

Bununla belə, fevralda ixtisarlar ötən ilin eyni dövrü ilə müqayisədə 410 faiz artıb ki, bu da 2009-cu ildən sonra müşahidə olunan ən yuxarı göstəricidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, texnologiya şirkətləri sözügedən dövrdə elan olunmuş ixtisarların 28 faizini reallaşdırıb. Ötən ay ən çox bu sektorda işləyənlərin ixtisarı müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et