ABŞ-da iqtisadi artımın gələn il zəifləyəcəyi gözlənilir | Banco.az

ABŞ-da iqtisadi artımın gələn il zəifləyəcəyi gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da iqtisadi artımın gələn il 1,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) istehlak xərclərinin zəifləməsi və investisiyaların azalması səbəbindən ölkə iqtisadiyyatında artımın 2023-cü ildəki 2,5 faizdən 2024-cü ildə 1,5 faizədək azalacağını proqnozlaşdırıb.

CBO 2023-2025-ci illər üzrə iqtisadi proqnozları özündə əks etdirən hesabatını dərc edib.

Hesabatda iqtisadi artımın 2024-cü ildə yavaşlayacağı, 2025-ci ildə isə bərpa olunacağı qeyd olunub. Belə ki, hesabatda aşağı faiz dərəcələri və maliyyə şərtlərinin yaxşılaşması ilə dəstəklənən iqtisadi artımın 2025-ci ildə 2,2 faizə yüksələcəyi proqnozlaşdırılıb.

Bununla yanaşı, işsizlik səviyyəsinin bu ilin son rübündəki 3,9 faizdən 2024-cü ilin dördüncü rübündə 4,4 faizə yüksəlməsinin və 2025-ci ilə qədər bu səviyyəyə yaxın qalmasının gözlənildiyi vurğulanıb.

Xatırladaq ki, iyul ayı proqnozlarında CBO iqtisadiyyatın bu il 0,9 faiz, gələn il 1,5 faiz və 2025-ci ildə 2,4 faiz artacağını proqnozlaşdırmışdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram