ABŞ-da iqlim fəlakətləri nəticəsində yaranan zərərin məbləği açıqlanıb | Banco.az

ABŞ-da iqlim fəlakətləri nəticəsində yaranan zərərin məbləği açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqlim fəlakətləri nəticəsində 2 trilyon dollardan çox zərər çəkib.

Banco.az xəbər verir ki, 1980-ci ildən bəri ABŞ-da 338 hava və iqlim fəlakəti baş verib ki, onların ümumi iqtisadi dəyəri 2,2 trilyon dollara çatıb.

Milli Ətraf Mühit İnformasiya Mərkəzinin açıqladığı məlumatlara görə, ötən üç ildə 1030 insanın həyatını itirdiyi 56 fəlakətin iqtisadi dəyəri 315 milyard dollar təşkil edib.

Sonuncu baş verən fırtınanın da 5 milyard dollarlıq zərərə gətirib çıxaracağı gözlənilir. Xüsusilə hava yolu və logistika şirkətlərinin fəaliyyətini dayandırması və bir çox iş yerinin bağlanması səbəbindən ciddi ziyanın olduğu bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden qış fırtınasından ən çox zərər çəkən Nyu-York ştatına Fövqəladə hallar Federal Fondundan dəstək verəcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram