ABŞ-da ipoteka faizləri yenidən artıb, müraciətlər azalıb | Banco.az

ABŞ-da ipoteka faizləri yenidən artıb, müraciətlər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizlərində 6 həftə ərzində ilk artım qeydə alınıb.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyasının (MBA) məlumatlarına görə, 14 apreldə başa çatan həftədə ipoteka müraciətləri əvvəlki həftəyə görə 8,8 faiz azalıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,3 faizdən 6,43 faizə yüksəlməklə 6 həftədə ilk dəfə artım göstərib.

Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi də 5,78 faizdən 5,89 faizə çatıb.

MBA vitse-prezidenti Coel Kan məlumatlarla bağlı qiymətləndirməsində bildirib ki, ötən həftə ipoteka faizlərinin artması müraciətlərin azalmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et