ABŞ-da ipoteka faizləri fevral ayından bəri ən aşağı səviyyədədir | Banco.az

ABŞ-da ipoteka faizləri fevral ayından bəri ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da 30 illik ipoteka (ev krediti) üzrə orta faiz dərəcəsi fevral ayından bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyası (MBA) iyulun 19-da başa çatan həftənin ipoteka məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə nəzərən 2,2 faiz azalıb. Bu dövrdə ev almaq üçün müraciətlər 4 faiz azalarkən, yenidən maliyyələşdirmə müraciətləri isə 0,3 faiz artıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi ötən həftə 6,87 faizdən 6,82 faizə enərək fevral ayından bəri ən aşağı səviyyəni qeyd edib. Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi də 6,49 faizdən 6,21 faizə enib.

Ən sərfəli kredit üçün müraciət et

MBA-nın vitse-prezidenti və baş iqtisadçı köməkçisi Coel Kan ipoteka faizlərinin azalmağa davam etdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et