Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka faizləri azalmağa davam edib.
Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyası (MBA) avqustun 30-da başa çatan həftənin ipoteka məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə görə 1,6 faiz artıb.
Bu dövrdə ev almaq üçün müraciətlər 3 faiz artarkən, yenidən maliyyələşdirmə müraciətləri isə 0,3 faiz azalıb.
Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi ötən həftə 6,44 faizdən 6,43 faizə enib ki, bu da ardıcıl beşinci həftədir ki, azalma deməkdir.
Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 5,88 faizdən 5,98 faizə yüksəlib.
MBA vitse-prezidenti və Baş iqtisadçı köməkçisi Coel Kan artan ev alqı-satqısı müraciətlərinin keçən ilki səviyyələrə yaxınlaşdığını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!