Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka faizləri aşağı düşür.
Banco.az xəbər verir ki, ABŞ-da 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi avqust ayından bəri ən aşağı səviyyəyə enərək 7,17 faiz təşkil edib.
İpoteka Bankları Assosiyasiyasının məlumatlarına görə, 1 dekabrda başa çatan həftə ərzində ipoteka müraciətləri əvvəlki həftəyə görə 2,8 faiz artım göstərib.
Bu dövrdə ev almaq üçün müraciətlər əvvəlki həftə ilə müqayisədə 0,3 faiz azalıb, yenidən maliyyələşdirmə müraciətləri isə 14 faiz artıb.
Analitiklər qlobal bazarlarda ABŞ-da əmək bazarında soyuma əlamətləri nəticəsində ABŞ Federal Ehtiyat Sisteminin (FED) şahin pul siyasətinin sona çatması ilə bağlı gözləntilərin güclənməkdə davam etdiyini bildiriblər. Onlar həmçinin ölkədə işçilərin əməkhaqlarının artım tempinin aşağı düşməsinə diqqət çəkiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!