ABŞ-da ipoteka faizləri aşağı düşməkdə davam edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-da ipoteka faizləri aşağı düşməkdə davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizləri iyul ayından bəri ən aşağı səviyyədədir.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyasının (MBA) məlumatlarına görə, 8 dekabrda sona çatan həftədə ipoteka müraciətləri əvvəlki həftəyə görə 7,4 faiz artıb.

Bu dövrdə əvvəlki həftə ilə müqayisədə ev almaq üçün müraciətlər 4 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 19 faiz artıb.

Bununla yanaşı, 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 7,17 faizdən 7,07 faizə enərək 4-cü həftədə də enişini davam etdirib. Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi də 6,80 faizdən 6,67 faizə enib.

MBA-nın baş vitse-prezidenti və baş iqtisadçısı Mayk Fratantoni məlumatları şərh edərək faiz dərəcələrinin aşağı düşməsi ilə yenidən maliyyələşdirmənin həcminin artdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram