ABŞ-da ipoteka faizləri 7 həftədən sonra ilk dəfə azalıb | Banco.az

ABŞ-da ipoteka faizləri 7 həftədən sonra ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizləri 7 həftədən sonra ilk dəfə azalıb.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyasının (MBA) məlumatlarına görə, 27 oktyabrda başa çatan həftədə ipoteka müraciətləri əvvəlki həftəyə görə 2,1 faiz azalıb.

Bu dövrdə mənzil alışı üçün müraciətlər əvvəlki həftə ilə müqayisədə 1 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 4 faiz azalıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi də ardıcıl 7 həftə artımdan sonra ilk dəfə olaraq 7,9 faizdən 7,86 faizə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et