Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka faizləri ötən həftə 2000-ci ilin maksimumuna çatıb.
Banco.az xəbər verir ki, ABŞ-da İpoteka Bankirləri Assosiasiyasının çərşənbə günü açıqladığı məlumatlara görə, 30 illik sabit ipoteka krediti faizi avqustun 18-də başa çatan həftədə 15 baza bəndi artaraq 7,31 faizə çatıb.
Mənzil alqı-satqısı üzrə müraciətlər isə ardıcıl altıncı həftəsində də azalaraq 1995-ci ildən bəri qeydə alınan ən aşağı səviyyəyə çatıb.
Sözügedən müddətdə borclanma xərcləri artmağa davam edib ki, daha tez-tez yenilənən məlumatları ehtiva edən “Mortgage News Daily” çərşənbə axşamı günü 30 illik sabit faiz dərəcəsini 7,5 faiz səviyyəsində göstərirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!