ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, istehlakçı qiymətləri indeksi (inflyasiya) Mayda aylıq müqayisədə 0.1% artıb, bu Yanvar ayından bəri ən aşağı artımdır. İllik artım 2%-dən 1.8%-ə geriləyib.
Proqnozlar aylıq 0.1%, illik 1.9% artım idi.
Baza inflyasiya May ayında proqnozdan aşağı qalıb. Baza rəqəm aylıq 0.2% gözlənilərkən 0.1%, illik 2.1% gözlənilərkən 2% artıb. İllik artım Fed-in inflyasiya hədəfinə paralel reallaşıb.
ABŞ-da dünən açıqlanan istehsalçı qiymətləri indeksi isə aylıq müqayisədə 0.1% artmış, illik artım 2.2%-dən 1.8%-ə geriləmişdi.
İnflyasiyada mülayim gedişat, Fed-in bu il faiz endirəcəyi proqnozlarını gücləndirir. Fed rəsmiləri 18 - 19 İyunda toplanacaq, ancaq bu yığıncaqda faizlərdə dəyişiklik gözlənilmir.
Marja